“7 saat əməliyyatda oldum, heç bir effekti olmadı” - Mənzurə həkimdən narazıdır

MAQAZİN
12:47 03.12.2024
226
"7 saat əməliyyatda oldum, amma heç bir effekt yoxdur”.
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva "Qonaqcanlı" verilişində deyib.
 
Müğənni, çəkdiyi əziyyətə rəğmən, nəticəni bəyənmədiyini deyib:
 
"Mənim üzüm həmişə baxımlı və qəşəng olub. İndi də heç bir dəyişiklik hiss eləmirəm. 7 saat əməliyyat olsam da istədiyim effekti ala bilmədim. Həkim deyir üzüm guya hələ şişdir, 6 ay bitsin gəlib narazılığını bildirərsən, amma şiş zad yoxdur.  Adı üstündədir də, üzgərmə əməliyyatı. Mən elə eyni üzlə qalacaqdımsa nə edirdim bu əməliyyatı? Adama deyərlər bəs sən 7 saat o əməliyyatda nə edirdin?".
 
Aysel

OXŞAR XƏBƏRLƏR