O, "Mənimlə oynayın, mobil telefonla deyil” sloqanı altında etirazını bildirib. Bu barədə danışan Emil deyib ki, bir gün parkda atasından onunla oynamasını xahiş edib. Atası isə gözünü telefondan çəkməyib və işim var söyləyib.
Daha sonra anasında da eyni vəziyyəti gördükdən sonra belə bir yürüş etmək fikrinə düşüb və bu haqda polisə bildirib.
Polis onu dəstəkləyib və 150-dən çox uşaq küçələrə axışaraq mobil telefon əlindən düşməyən valideynlərinə etirazlarını bildiriblər.