"7 yaşlı övladımı döyənlərdən heç kim cəzalandırılmayıb" - Azərbaycanlı general

"7 yaşlı övladımı döyənlərdən heç kim cəzalandırılmayıb" - Azərbaycanlı general
SİYASƏT
21:12 20.01.2017
4972
Ukraynanın Xarkov şəhərində ötən ilin noyabr ayında azərbaycanlı general-leytenant Vüqar Ələsgərovun 7 yaşlı övladının təhsil aldığı məktəbdə hücuma məruz qalaraq döyülməsi ilə bağlı saxlanılan yoxdur.

V. Ələsgərov APA-ya açıqlamasında bildirib ki, bundan narazı qaldığı üçün rəsmi qurumlara müraciət edib.
 
O, övladının təhlükəsizliyindən narahat olduğunu, buna görə artıq onun təhsil aldığı məktəbi dəyişdirdiyini bildirib.
 
V. Ələsgərov qeyd edib ki, faktla bağlı xeyli vaxtdır ki, Xarkov şəhər Orconikidze Rayon Polis İdarəsində Ukrayna Cinayət Məcəlləsinin 125.1-ci maddəsi ilə (azyaşlı uşağın qəsdən sağlamlığına zərər vurma məqsədi ilə kütləvi halda amansızlıqla döyülərək xəsarət alması) cinayət işi açılmasına baxmayaraq, hələ də heç kim istintaqa cəlb olunmayıb, saxlanılan yoxdur: "Halbuki, hadisəni törədən yuxarı sinif şagirdləri və təşkilatçı məktəb direktoru hadisə günü məni və uşağın anasını etnik zəmində təhqir edib, bizdən Xarkovdan gedib vətənimiz Azərbaycanda yaşamağı tələb etmişdilər.
 
Cinayət işi açılandan sonra məktəb direktor Olqa Vorobyova əvvəlki təhdidinin əksinə olaraq uşağımın yenidən orada oxumasını xahiş etsə də, mən ciddi təhlükə gördüyüm üçün həmin məktəbə artıq etibar etmirəm".
 
Məsələ ilə Azərbaycanın Ukraynadakı səfirliyinə rəsmi müraciət etdiklərini deyən V. Ələsgərov bildirib ki, onlara heç bir kömək edilməyib: "Hamısının xəbəri var. Bu yaxınlarda səfir Xarkova gələndə məsələ ilə bağlı görüşmək istədim, amma mənə dedilər ki, bu məsələ proqramda yoxdur və mənimlə görüşmədi. Mən uzun illər burada xidmət etmiş generalam və ailəmin burada etnik zəmində təhqir edənlərin cəzasız qalması bizi narahat edir".
 
Qeyd edək ki, ötən il noyabrın 3-də V. Ələsgərovun Xarkov şəhəri 71 saylı orta məktəbdə birinci sinifdə oxuyan oğlu Müzəffər Ələsgərov yuxarı sinif şagirdlərindən ibarət dəstənin hücumuna məruz qalaraq döyülüb və xəsarət alıb.
 
V. Ələsgərov bildirib ki, bunun nəticəsində oğlunun dişləri sındırılıb, bədəni və başından xəsarətlər alıb: "Mən məktəbin direktoru Olqa Vorobyovadan hadisə haqda məlumat almaq istəyərkən, o üstümə yuxarı sinif şagirdlərini çağırıb, hədə-qorxu gəlməyə başladı. Direktor "Sizin Ukraynada nə işiniz var ki, bunlar da başınıza gəlsin?", dedi. Mən 30 il Ukrayna ordusunda xidmət etmişəm. Hadisə barədə polisə də məlumat vermişəm. Lakin polis məsələyə laqeyd yanaşır. Biz bunu özümüzə qarşı basqı kimi qiymətləndiririk", - deyə V. Ələsgərov qeyd edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO