“70 yaşlı Fernando Santuş Azərbaycana pul qazanmağa gəlib”

İDMAN
14:50 12.06.2024
334
"Fernando Santuşun kifayət qədər maraqlı və parlaq karyerası olub".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında "Komanda.az" saytının baş redaktoru, tanınmış idman jurnalisti Rəşad Ergün Fernando Santuşun Azərbaycan milli komandasının baş məşqçi təyin olunmasından danışarkən söyləyib.

İdman jurnalistinin fikrincə, Santuş Azərbaycanda pul qazanmaqdan ötrü gəlib:
 
"Santuş Portuqaliya millisində, Yunanıstanda, Polşada və hətta Türkiyədə işləyib. Sadəcə bir problem var ki, yaşı çoxdur. 70 yaşı var. Bu yaşda olan şəxsin Azərbaycan millisiylə necə uğur qazanacağı mənim üçün maraqlıdır. Məşqçinin pul qazanmaqdan başqa hansı həvəsi, marağı ola bilər? Çox böyük ehtimalla Azərbaycana məhz buna görə gəlib".
 
R. Ergün Santuşu Berti Foqtsa bənzədib:
 
"Fernando Santuş mənə Berti Foqtsu xatırladır. Foqts Almaniya millisini Avropa çempionu etmişdi. Bizim AFFA da bundan həvəslənib onu Azərbaycan millisinə gətirmişdi. 6 ilə yaxın boş yerə pul qazandı. Nəticədə, millimiz Xorvatiya millisinə 0:6 hesabı ilə məğlub olduqdan sonra Azərbaycandan qaçıb getdi. Hesab edirəm ki, bizim üçün eyni təcrübə olacaq. Mən çox istərdim ki, yerli məşqçi olmasa da, daha gənc, işləmək həvəsi olan şəxs milli komandanın baş məşqçisi təyin edilsin. Amma təəssüf ki, AFFA yenə öz bildiyini edir. Bu səbəbdən çox böyük nailiyyətlər gözləmirəm".
 
Mikayıl Mirzəzadə

OXŞAR XƏBƏRLƏR