O, bir sıra mahnıların müәllifi vә onların ifaçısı kimi tanınır.
Əməkdar artist Əkbər Əlizadə bu gün 70 illik yubileyi qeyd olunan xalq artisti Polad Bülbüloğlunu “Günəbaxan” verilişində parodiya edib.
AZXEBER.COM-un məlumatına görə, Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə Bakıda anadan olub. Özünə soyad kimi atasının ləqəbini - Bülbül götürüb.
1973-cü ildən Əməkdar İncəsənət xadimidir. 1982-ci ildə Azәrbaycan SSR xalq artisti adına layiq görülüb.
1989-cu ildәn Azərbaycan Respublikasının Mədəniyyət naziri, 1994-cü ildәn Türksoyun sәdri, 2006-cı ildən etibarən Mədəniyyət Naziri kimi fəaliyyətini dayandıraraq Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri kimi fəaliyyət göstərir.
Polad Bülbüloğlu bir sıra mahnıların müәllifi vә onların ifaçısı kimi tanınır.
O, Azərbaycanın nüfuzu üçün göstərdiyi səylərdə mənəviyyət və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Azərbaycanda“2009-cu İlin Adamı” elan edilib.
Qeyd edək ki, dünən prezident İlham Əliyevin sərəncamı ilə Polad Bülbüloğlu “Şərəf” ordeni ilə təltif olunub.Oxu.Az P.Bülbüloğlunun təqlid olunduğu kadrları təqdim edir: