Xırdalan şəhəri, 1 nömrəli tam orta məktəbin məzunu Hüseyn Abdullayev imtahanın I mərhələsində 300 bal toplayıb. Beləliklə, hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplaya bilib.
Baku TV həmin tələbə haqqında reportaj hazırlayıb:
"Bu uğuru qazanmaqda ən böyük təsirlərdən biri sağlam rəqabət oldu. İstər yarışlarda, istər sınaq imtahanlarında bir - birimizlə rəqabət aparırdıq. Bunun nəticəsində təkminləşdirə - təkminləşdirə, bu balımızı qazanmaqda əlverişli rol oynadı.300 bal toplayandan sonra 400 bal toplayacağıma əminliyim dahada artmışdı, dövlət imtahan mərkəzi tərəfindən 16 fevralda keçirilmiş, sınaq imtahanında da 400 bal toplamışdım. Buna görədə mənim öz güvənim artırdı." -deyə Hüseyn müsahibəsində qeyd edib.
Hüseyn Abdullayev Ağsu rayonunda anadan olub. Orta təhsilə xətai rayonu 264 nömrəli tam orta məktəbdə başlasa da, 3-cü sinifdən Xırdalan şəhəri 1 saylı məktəbdə təhsilini davam etdirib. Elə həmin məktəbdən də bu il məzun olub. "Əlaçı” televiziya verilişinin 9-cu mövsümünün respublika çempionu, "Xəmsə” verilişinin isə iştirakçısı olub. Bundan başqa, bu il fizika üzrə keçirilən respublika fənn olimpiadasının yarımfinalçısıdır.
Onun ən böyük arzusu Bakı Ali Neft məktəbinə qəbul olunmaqdır:
"700 balı toplamağıma əsas səbəblərdən biridə odur ki, mənim düşünürəm ki, bakı ali neft məktəbinə hazırlaşmağım oldu, çün ki, burada seçmək istədiyim ixtisas informasiya təhlükəsizliyidi ki, bu ixtisas üzrə ən yüksən baldır. Fərz edək ki, bu ixtisas üzrə keçən il keçid balı 675 dən yuxarı olub. Məndə tam 700 bal topalayaq bu imkanı özümə yaratmaq istəyirdim ki, bu da mənim həmin balı toplamağıma şərait yaratdı."
Hüseynun qəbul imtahanın ən yüksək nəticə göstərməsinə sevinənlərdən biridə sinif rəhbəri Elnurə Yusifovadır. Onun sözlərinə görə, şagirdi bir gün olsun dərsə davamiyyətini itirməyib.
I ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərən Hüseyn Abdullayev öz təhsil aldığı məktəb rəhbərliyinin təşəbbüsü iləfəxri fərmanla təltif olunub.