700 bal toplayan tələbələr - FOTO

700 bal toplayan tələbələr - FOTO
Bütün Xəbərlər
18:50 27.07.2015
3147

Qasımov hələlik hansı ali məktəbə qəbul olmaq istədiyini dəqiqləşdirməyib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 25-də II və III ixtisas qrupları üzrə (cari ilin məzunları üçün) keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb.

TQDK-dan AZXEBER.COM - a verilən məlumata görə, imtahanda II ixtisas qrupu üzrə 3, III ixtisas qrupu üzrə 3 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Oxu.Az həmin gənclərdən bəziləri ilə danışa bildi.

2-ci qrup üzrə 700 bal toplamış İbrahim ƏhmədovBakı şəhəri, 214 saylı orta məktəbi bitirib.

İbrahim ADA Universitetinə daxil olmaq istəyir.

Gəncə şəhəri 1 saylı tam orta məktəbi bitirən Elçin Qasımovisə hələlik hansı ali məktəbə qəbul olmaq istədiyini dəqiqləşdirməyib, lakin o, ən reytinqli təhsil müəssisəsini seçəcəyini bildirib.

Xırdalan şəhərində Bəxtiyar Cəfərov adına 3 saylı məktəb-liseyi bitirən Əli İsgəndərovun seçimi isə dəqiqdir.

O, ADA Universitetinin Biznesin idarə edilməsi fakültəsinə daxil olmaq istəyir.

Cəbrayıl rayon 15 saylı tam orta məktəbi bitirən Lalə Novruzovanın hədəfi isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasıdır.

OXŞAR XƏBƏRLƏR