700 bal toplayanlar bu ixtisasları seçdilər – SİYAHI

700 bal toplayanlar bu ixtisasları seçdilər – SİYAHI
SOSİAL
17:17 11.08.2016
16352
Bu il ali təhsil müəssisələrinə imtahan vermiş abituriyentlər üçün ixtisas seçimi ötən gecə başa çatdı. İxtisas seçimi edənlər sırasında 700 bal toplamış abituriyentlər də var.
Qeyd edək ki, bu il I və IV ixtisas qruplarından imtahan verən 6 abituriyent, II və III ixtisas qrupu üzrə isə 4 abituriyent 700 bal toplayıb.
Maraqlıdır, qəbul imtahanlarında rekord nəticə göstərmiş həmin 10 nəfər hansı ixtisasları seçdilər?
I ixtisas qrupu üzrə:
Tural Ağayev deyib ki, Bakı Ali Neft Məktəbinin (BANM) proseslərin avtomatlaşdırılması ixtisasını seçib. O, Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunudur, əslən Zəngilan rayonundandır. Turalın anası evdar qadın, atası isə fəhlədir.
Rəvan Nəzərəliyevin də seçimi Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması ixtisası olub. Rəvan Xırdalandakı 5 saylı tam orta məktəbi bitirib. Rəvanın atası maşın ustası, anası riyaziyyat müəlliməsidir.
Nadir Sultanlı da yuxarıdakı iki gənc kimi Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması ixtisasını seçdiyini deyib. O, Ankara məktəb-liseyinin məzunudur. Nadirin anası evdar qadındır, atası isə BP-də işləyir.
IV ixtisas qrupu üzrə:
Səbinə İsmayılova Azərbaycan Tibb Universitetinin (ATU) müalicə işi ixtisasını seçib. O, Qazax rayonu Canallı kənd orta məktəbinin məzunudur.
Orxan Zülfüqarov Azərbaycan Tibb Universitetinin (ATU) müalicə işi ixtisasını seçdiyini deyib. Orxanın atası Əzim Zülfüqarov Modern.az-a bildirib ki, xaricdə təhsil proqramı dayandığından oğlu məcburən Azərbaycan Tibb Universitetini seçdi. O, əlavə edib ki, 2-ci kursdan Orxanı təhsilini davam etdirməsi üçün xaricə göndərmək istəyir.
Orxan Şəmkir rayonu Çinarlı qəsəbə 2 saylı orta məktəbin məzunudur. Orxanın atası riyaziyyat müəllimi, anası isə evdar qadındır.
Ağalətif Lətifov Azərbaycan Tibb Universitetinin (ATU) müalicə işi ixtisasını seçdiyini deyib. O, İsmayıllı rayonu 5 saylı orta məktəbin məzunudur. Ağalətifin atası onun təhsil aldığı 5 saylı orta məktəbdə riyaziyyat müəllimi işləyir, anası isə evdar qadındır.
II və III ixtisas qrupu üzrə
Təbriz Qasımov deyib ki, Prezident yanında Dövlət İdarəçilik Akamdemiyasının hüquqşünaslıq ixtisasını seçib. O, Kürdəmir şəhər 2 saylı tam orta məktəb-liseyinin məzunudur.
Şahbaba Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyəixtisasını seçdiyini açıqlayıb. O, rus bölməsi üzrə imtahan verib.
Fərid Hüseynov ADA Universitetininiqtisadiyyat ixtisasını seçdiyini bildirib. O, Türkiyə Dəyanət Vəqfi-Bakı Türk Liseyinin məzunudur.
Elvin İsayev Bakı Dövlət Universitetinin hüquqşünaslıqixtisasını seçdiyini deyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
05:35 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı