Azxeber.com portalının Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Yaponiyada “Sagami Rubber”adlı prezervativ şirkətində oğurluq hadisəsi baş verib. Tokioya aparılan konteynerin içərisindən dəyəri 1,5 milyon dollar olan 726 min prezervativ oğurlanıb. Şirkət rəhbərliyi ilk dəfə belə bir hadisə ilə üzləşdiklərini söyləyiblər.
Tokio polisi faktla bağlı cinayət işi qaldırıb.