75 min dollarlıq saatını oteldə unutdu...

MARAQLI
11:58 08.01.2011
2297

Bahalı olsa da, insanın saatını, ya da çantasını yaddan çıxara bilməsi başa düşüləndir. Ancaq bu siyahıda oteldə unudula bilməsi ağla gəlməyən bir əşya da var. Bu, otel otağının zibil qutusundan tapılan 10 min funt-sterlinq (təxminən 15 min dollar) puldur. 

10 min dollarlıq qiymətində olan qızıl dişlərini yadından çıxaran da olub. 

Maşın açarının yaddan çıxarmaq da adama normal gəlir. Ancaq Çesterdəki «Travelodge» otelinin müştərilərindən birinin «Rolls Royce Phantom» markalı maşınının açarını yaddan çıxartması otel işçilərini əməlli başlı çaşdırıb. 

Otel əməkdaşları ən çox unudulan əşyaların isə oyuncaq ayılar olduğunu bildirirlər. Son bir ildə onlar 75 min ayını sahiblərinə çatdırıblar. 

Ən çox unudulan əşyalar arasında ikinci yerdə kitablar gəlir. Son bir ildə otel otaqlarında yaddan çıxıb qalmış 20 min kitab tapılıb. //Azadlıq Radiosu

 

OXŞAR XƏBƏRLƏR