Türkiyənin Balıkesir şəhərində 75 yaşlı kişi universitetdən məzun olub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, koronavirus dövründə qızı Hande Yurtseverin dəstəyi ilə universitet imtahanına hazırlaşan Ruhi Yurtsevər imtahan verərək 2 illik Bandırma Onyedi Eylül Universitetinin "Biznes İdarəetmə" fakültəsinə qəbul olub.
Özündən 50 yaş kiçik dostları ilə universiteti uğurla başa vuran Yurtsevər məzuniyyət mərasiminə ailəsi ilə birlikdə gəlib.
Məzun gecəsinə qatılan Ruhi Yurtsevər qrup yoldaşları ilə bu günü qeyd edib.
Gülay