75 yaşlı qadın evində diri-diri yandı

MARAQLI
23:21 05.12.2011
1583
Neftçala rayonunda dəhşətli hadisə baş verib. Rayon Polis Şöbəsindən lent.az-a verilən məlumata görə, Qədimkənd kənd sakini, 1936-cı il təvəllüdlü Leyla Zaman qızı İbrahimova evində yanaraq ölüb.Məlumata görə, L.İbrahimova yeriyə bilmirdi və yataq xəstəsi olub. Hadisə baş verən zaman 75 yaşlı qadın evdə tək olub və onun üst geyiminin bir hissəsi elektrik sobasının istiliyindən alışmağa başlayıb. Ahıl qadın yeriyə bilmədiyindən özünü xilas edə bilməyib. Yaxınları günorta saatlarında onun yanmış meyitini evdə aşkarlayıblar.

OXŞAR XƏBƏRLƏR