76 nəfərin öldüyü yanğına görə hotel sahibi saxlanıldı

DÜNYA
10:57 22.01.2025
202
Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğınla bağlı saxlanılanların sayı 9 nəfərə çatıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, onlar arasında hotelin sahibi Halit Ergül də var.

Bundan əvvəl 4 nəfərin saxlanıldığı məlum idi.

Xatırladaq ki, yanğın nəticəsində 76 nəfər həlak olub. Hadisə ilə bağlı bu gün Türkiyədə matəm elan edilib. 

OXŞAR XƏBƏRLƏR