2011-ci ildə Norveçdə həyata keçirdiyi hücumlarla bütün dünyanı heyrətə gətirən ekstremist Anders Breyvik Norveçi məhkəməyə vermək qərarına gəlib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, aralarında çoxlu gəncin olduğu 77 adamı qətlə yetirən, evinə basqın zamanı çoxlu irqçi və təhqiramiz təhdid mesajları və manifestlər tapdığı üçün həbs cəzası alan Breyvik həbsxanadakı təcrid səbəbiylə depressiya əleyhinə dərmanlar almağa başladığını bildirib.
Breyvikin vəkili də qatilin depressiyaya düşdüyünü və intihara meyilli olduğunu bildirib.
Həmçinin Breyvikin xarici dünya ilə yazışmasına qoyulan qadağanın aradan qaldırılması tələb olunacaq. 2012-ci ildə o, 21 il həbs cəzasına məhkum edilib və bu, təhlükə hesab edildiyi müddətcə uzadıla bilər. Bazar ertəsi hakim qarşısına çıxan Breyvik əvvəlki kimi aqressiv mövqe nümayiş etdirməsə də, vəkili Storrvik məhkəməyə "O, heç vaxt çölə çıxa bilməyəcək. O, bunu yaxşı bilir" deyib.
Breyvik 2011-ci il iyulun 22-də Osloda bomba yüklü avtomobillə 8 nəfəri öldürmüş, daha sonra isə İşçi Partiyasının gənclər düşərgəsində əksəriyyəti gənclər olmaqla 69 nəfəri güllələyib.
Bu hadisə Norveçin sülh dövründəki ən böyük vəhşiliyi olaraq qalır.
Mikayıl