Türkiyədə yanğında 78 nəfərin həyatını itirdiyi "Grand Kartal” otelinin sahibi Halit Ergülün həyat yoldaşı Emine Murtezaoğlu Ergül və iki qızı Elif Aras və Ceyda Hacıbekiroğlu polis tərəfindən saxlanılıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kartalkaya xizək mərkəzində yanan "Grand Kartal” otelinin sahibi Halit Ergülün Bolu Ticarət və Sənaye Palatasına (TSO) üzvlüyünün ləğv edildiyi bildirilib.
Halit Ergülün həyat yoldaşı Emine Murtezaoğlu Ergül və iki qızı Elif Aras və Ceyda Hacıbekiroğlu İstanbulda saxlanılaraq Bolu Respublika Prokurorluğuna aparılıb.
Onların sorğusu davam edir.
Aysel