78 yaşlı kişi özünü tövlədə asdı - Ağdaşda intihar

78 yaşlı kişi özünü tövlədə asdı - Ağdaşda intihar
SOSİAL
10:47 31.05.2017
972
Ağdaş rayonunda intihar hadisəsi baş verib.

Hadisə rayonun Şəmsabad kəndində qeydə alınıb. Kənd sakini, 1939-cu il təvəllüdlü Əfəndiyev Rişad Sədrəddin oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib.

Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
 
///APA
OXŞAR XƏBƏRLƏR