Xəbər verdiyimiz kimi, Xalq artisti Əminə Yusifqızı vəfat edib.
AZXEBER.COM mərhum xalq artistinin avtobioqrafiyasını təqdim edir:
Əminə Yusifqızı 24 sentyabr 1936-cı ildə Bakıda doğulub. Hələ məktəb yaşlarında ikən Gənc Tamaşaçılar Teatrında bir çox maraqlı çıxışları ilə yadda qalıb. Dram Teatrında (1964–1974), 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında fəaliyyət göstərmişdir. Dublyaj, səsləndirmə sahəsində də fəaliyyətləri mövcuddur. Bədii qiraət ustası kimi tanınır.
O 1961-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universiteti bitirmişdir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (1958–1964), Azərbaycan Milli Dram Teatrının (1964–74) aktrisası olmuşdur. Rolları: Qulu ("Anacan", Y. Əzimzadə), Səbirə ("Son məktub", R. İsmayılov), Humay ("Komsomol poeması", İ. Coşğun; Səməd Vurğunun eyniadlı poeması əsasında), Ülkər ("Söz yarası", Q. Rəsulov), Əliman ("Ana tarla", Çingiz Aytmatov), Esse ("Şeytanın şagirdi", Bernard Şou) və s. 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. filmlərdə, televiziya tamaşalarında çəkilmişdir.
Əminə Yusifqızı 1982-ci ildə Azərbaycan SSR əməkdar artisti, 1998-ci ildə Azərbaycanın xalq artisti, 2016-ci ildə "Şöhrət" mükafatına layiq görülüb.