Şabran rayonunda intihar hadisəsi baş verib.
Rayonun Rəhimli kənd sakini, 1937-ci il təvəllüdlü Səfərova Sima Ağarəhim qızı intihar edib. O, yaşadığı evdə özünü asıb. Meyit tibb ekspertizadan keçirilməsi üçün Şabran Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.
Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırmalar aparılır.
APA.az