Bir qadın üçün çox ağıllı olduğunu iddia edən keniyalı David Zakayonun 8 arvadı, 7 sevgilisi və 107 uşağı var.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu şəxsin söylədikləri hər kəsi şoka salıb.
Belə ki, ilk evliliyini 1987-ci ildə edən David qadın tərəfindən idarə oluna bilməyəcəyini və yeni evliliklər qurmağa və başqa qadınlarla münasibət qurmağa davam etməyin marağında olduğunu bildirib.
Ailəsini dolandırmaq üçün üzləşdiyi çətinliklərə baxmayaraq, ayağa qalxan David özünü müqəddəs kitabda adı çəkilən və 700 arvadı, 300 sevgilisi olan padşah Süleymana bənzədir. David gənc qadınlarla evlənməyə davam edəcəyini deyib.
"Sunday Nation" qəzetinə danışan David açıqlamasında "Başımdakı kişini tək qadın idarə edə bilməz. İnsan beyni böyük bir kisə kimidir və hərəkət rahatlığı üçün kiçik parçalara kəsilməlidir. Mənim tək bir nəfərə yox, çox qadına ehtiyacım var”,- deyə açıqlamasında bildirib.
Bölgəsinin standartlarına görə yoxsul hesab edilən Davidin yarım hektar qarğıdalı sahəsi var, həmçinin şəkər qamışı yetişdirir.
Ayşən