8 ay gizlədilən 2000 manat qaytarılacaqmı? - AÇIQLAMA

MAQAZİN
13:41 26.01.2015
1898

“Nahid Emiloğlunun təşkilatçılığı ilə iyunun 7-i 2014-cü il tarixində türkiyəli müğənni Rafet El Romanın Ramada Baku otelində konsert verəcəyini internetdən öyrəndim. Elan mətnində yerləşdirilən 050 509 00 34 nömrəli telefon nömrəsi ilə əlaqə saxladım. Telefon zənginə cavab verən xanım Yasamal rayonunda Statistika Komitəsinin yanında yerləşən ofislərindən biletləri ala biləcəyimizi dedi. Həmin gün onların ofisinə gedərək 1 nəfər 200 manat olmaqla 10 nəfərlik stol sifariş etdim və 2.000 (iki min) manat ödəyərək 10 bilet aldım. İyunun 7-də konsertin keçirilməsi təxirə salındı. Təşkilatçılar zəng edib bildirdilər ki, konsert 28 və ya 29 iyunda keçiriləcək. Növbəti dəfə zəng edib dedilər ki, konsert Ramazan ayına düşdüyünə görə, iyunun 25-ə təxirə salındı. Lakin 25 iyunda da konsert keçirilmədi".

Bu sözləri vəkil Vamiq Şükürov “Qafqazinfo-ya göndərdiyi məktubda bildirilib. Rafet El Romanın konsertinə 2 min manatlıq bilet alan Ramin İbadov adlı vətəndaşın pulu qaytarılmır. Məsələ ilə bağlı AZXEBER.COM olaraq konsert proqramının təşkilatçısı Nahid Emiloğlu ilə əlaqə saxladıq. O, 4-5 ay əvvəl bu məsələnin həll olunduğunu və artıq heç bir problem qalmadığını bildirdi: "O iş rəsmi olaraq polis orqanlarında araşdırıldığı üçün bu işlə bizim vəkil məşğul olur. Ödəniş isə rəsmi qaydada bizim vəkil tərəfindən yaxın günlərdə şikayətçiyə ödəniləcək".Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR