28 yaşlı çinli qadın Syuy Yunyun deyir ki, hamiləlik idman üçün maneə ola bilməz.
Qadın bir aydan sonra doğmalıdır, lakin o bu vəziyyətdə çətin marafon qaçışı (42 km) edib.
AZXEBER.COM xəbər verir ki, marafon Pekin şəhərinin Olimpiya parkında baş tutub.
Çin sakini deyir ki, idman həmişə onun sevimli məşğuliyyəti olub və o, hətta hamiləlik vaxtında belə məşqləri dayandırmayıb. O, marafonu asta qaçışla qət edib.