8-ci sinif şagirdi öldü - Masallıda

8-ci sinif şagirdi öldü - Masallıda
SOSİAL
14:20 22.02.2017
1233
Masallıda 15 yaşlı məktəbli ölüb.
 
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun böyük Kolatan kəndində qeydə alınıb.
 
Kənd sakini, 2002-ci il təvəllüdlü İlqar Zaur oğlu Əmənov evdən çıxıb dərsə gedəndə həyətdə qəflətən yıxılaraq  ölüb. Kəndin icra nümayəndəsi Valeh  Mikayılov məktəblinin ürək çatışmazlığından dünyasını dəyişdiyini bildirib.
 
İ. Əmənovun atası 6 ay öncə vəfat edib.

OXŞAR XƏBƏRLƏR