Azərbaycanda daha bir vətəndaş maraqlı iddia ilə məhkəməyə müraciət edib.
AZXEBER.COM Femida.az-a istinadən xəbər verir ki, Bakı sakini Əsgərova
Fəridə Faiq qızı 8 il dalbadal tələbə adını qazanmaq üçün imtahan varib. Hər
dəfə test imtahanından kəsilən vətəndaş növbəti il test imtahanınan tələb
olunan balı toplayıb. Aktyorluq ixtisası üzrə təhsil almaq istəyən Fəridə Əsgərova
qabilliyyət imtahanına buraxılmayıb. Buna səbəb kimi isə onun seçdiyi qiyabi təhsil
üzrə yaşının tələb olunan normalardan az olması göstərilib. Bu qərardan narazı
qalan vətəndaş Dövlət İmtahan Mərkəzini (keçmiş Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası) məhkəməyə verib. O məhkəmədən 95 min manat məbləğində təzminat tələb
edib.
Bakı Apellyasiya məhkəməsində hakim Hәmid Hәmidovun sədrliyi ilə
keçirilən prosesdə vətəndaşın iddiası təmin olunmayıb. Bundan sonraFəridə
Əsgərovanınatası və yaxınları hakimə etiraz ediblər. Bununla ürəyi
soyumayan valideyn hakimə "Sizi Allaha tapşırıram, Allahın dәrgahında nә deyәcəksәn”
deyib. Valideyn 95 min manat təzminatla övladını xaricdə oxutmaq niyyəti
olduğunu da deyib.