8 mart günü sevgilimizlə hara gedək?

MARAQLI
18:01 07.03.2014
1634
8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə insanlar arasında canlanma, xoş abu-hava müşahidə olunur. Ələlxüsus da cütlüklər həmin günü mənalı keçirtmək üçün proqram tərtib etməyə çalışırlar.
Dəyərli oxucularımıza seçimlərində yardımçı olmaq üçün 8 mart günü proqramlarına əlavə edə biləcəkləri konsert, film və teatr elanları barədə informasiya verəcəyik.
Belə ki, 8 mart günü tamaşaçılarına gülüş bəxş etməyi tendensiya halına gətirmiş "Bu şəhərdə" əməkdaşları martın "Qızıl Gül" adlı konserti baş tutacaq. Konsert Heydər Əliyev adına Sarayda olacaqdır. Biletlərin qiyməti 10-100 manat arasında dəyişir.
Teatrsevərlər isə Dövlət Pantomima teatrının səhnəsində Nargilə Qəribovanın rejissorluğu ilə və eyniadlı əsəri əsasında "Adsız" tamaşasını izləyə bilərlər. Biletlərin qiyməti 5 manatdır.
Filmsevərlər üçün Nizami kinoteatrnın müxtəlif janrlı filmlərlə əhatəli maraqlı təklifləri var. Belə ki, tamaşaçılar zövqlərinə görə "Eyvah Eyvah", "Dərvişin qeydləri", "Su ve atəş", "Bitməmiş roman", "Yunus Əmrə: Eşqin səsi", "Düğün dernek" və sair filmlərə baxa bilərlər. Saat 6-ya qədər olan seansların qiyməti 4 manat, 6-dan sonrakı seansların qiyməti isə 7 manatdır.
Uşaqlarını sevindirmək istəyən valideynlər də kinoteatrlar tərəfindən nəzərə alınıbdır. Belə ki, 8 mart günü eyni qiymətlərin tətbiqi ilə valideynlər uşaqlarını "Cənab Pibodi və Şermanın məcaraları" (3D), "Leqo" (3D) cizgi filmlərini izləməyə apara bilərlər.
Caz musiqisini sevənlər üçün də maraqlı konsert proqramı var. Belə ki, 8 mart günü saat 21:00-da Bakı Caz Mərkəzinin səhnəsində gözəl anlar yaşanacaq. Elçin Şirinov (piano), Aysel Məmmədova (piano), Səbinə Babayeva (vokal), Ülviyyə Rəhimova (vokal), Emil Əliyev (vokal), Samirə Allahverdi (vokal), Diana Hacıyeva (vokal), Elnur Hüseynov (vokal), Rauf Sultanov (bas-gitara), Həsən Bilalov (baraban), Timur Bulatov (saksofon), Zaur Mirzoyev (saksofon) çıxış edərək qadınları bayram münasibətilə təbrik edəcəklər.
Gecə həyatını bəyənənlər üçün "Otto" klubda olmaq onlara xoş anlar yaşadacaqdır. Belə ki, martın 8-də DJ Berna Ozturk klubun qonağı olacaq. Biletin qiyməti 25 manatdır, lakin konsert günü satılacaq biletlər 30 manat olacaq.
Bütün xanımları bir daha təbrik edir, sevdiklərinin əhatəsində əyləncəli gün keçirtməyi diləyirik. /// musavat.com
OXŞAR XƏBƏRLƏR