8 martda xanımlara nə alacaqsınız? - HƏDİYYƏLƏR

MARAQLI
17:30 04.03.2011
3809

Qarlı-yağışlı havanın olmasına baxmayaraq bu gündən gül salonları, hədiyyə dükanları, kosmetika, bəzək əşyaları, hətta məişət avadanlıqları satılan mağazalar müştəri bolluğu yaşayır.
Belə ki, ilk öncə təhsil ocaqlarına nəzər salaq. Bu gün ali təhsil ocaqlarının qarşısında bir-iki dəqiqə dayanmaq kifayət edir ki, təhsil alan tələbə oğlanların əlidolusu universitetlərə girmələrini görmək olar. Orta məktəblərdə də bayram təbrikləri başlanıb. Valideynlər müəllimələrin könlünü xoş etmək üçün ciblərini boşaldırlar. Uşaq bağçalarına gəlincə, burada da 8 martla bağlı şənliklərin keçirilməsi start götürüb. Bağçalarda isə valideynlər istəklərinə uyğun tərbiyəçiləri “görəcəklər”. 

Deyirlər ki, 8 Martda ən çox kişilərin ziyana düşür. Əslində isə, bu, heç də belə deyil. Nədən ki, hazırda Azərbaycanda əhalisinin ümumi sayının 50,4 faizini və ya 4 milyon 602 min nəfərini qadınlar təşkil edir və təxminən qadınların sayı kişilərin sayına bərabərdir. Odur ki, bu bayramda kişili-qadınlı hamı sözün əsl mənasında yaxşıca “tərləyir”. Gəzdiyimiz bəzi dükan, mağazalarda da bunun bir daha şahidi olduq. Hədiyyə alanların əksəriyyətinin qadın olduğu gözümüzdən yayınmadı. Axı, qadının da anası, bacısı, rəfiqəsi var. Qadına hədiyyə almaq təkcə kişilərə aid məsələ deyil ki? 

Adəti üzrə bayramqabağı qiymətlərin artımı bu günlərdə də hiss olunmağa başlayıb. Fürsətdən istifadə edən satıcılar da satdıqları hədiyyələrin, oyuncaqların, nə bilim daha nələrin qiymətini iki dəfə artıraraq satmağa çalışırlar. Gül dükanlarında isə əsl mənada qiymətlər “od saçır”. 

Qadınlar nə istəyir

Araşdırmalara əsasən məlum olub ki, 8 Martda xanımlar üçün ən arzuolunmaz hədiyyə ev heyvanlarıdır. Arzulanmayan hədiyyələr sırasında ikinci yeri qantellər və digər idman avadanlıqları tutur. Kimsə martın 8-də qadına yumşaq oyuncaq hədiyyə etmək istəyirsə, onun da fikrindən daşınması məsləhətdir. Araşdırma onların mətbəx avadanlığı, qab-qacaq, hətta alt paltarı və pulu da arzuolunmaz hədiyyə saydıqlarını göstərib. Amma pul məsələsində müəyyən tərəddüdlərin olduğu da üzə çıxıb.

Təbii ki, araşdırma zamanı xanımların 8 Mart günündə qəbul etmək arzusunda olduqları hədiyyələr də müəyyən edilib. Bu, gül, bəzək əşyaları, həmçinin parfümeriya və kosmetikadır. 

Bu arada hədiyyə almaqda çətinlik çəkənlərə məsləhətimiz də var. Təbrik edəcəyiniz xanımların hansı bürcdən olduqlarına diqqət yetirməklə hədiyyənin ən uyğununu seçə bilərsiniz. 

Qoç - onun üçün ən əhəmiyyətli olan hədiyyənin hansı formada bağlanmasıdır. Zinət əşyaları, müxtəlif qadın aksesuarları qoçları məmnun etmək üçün əla hədiyyələrdir.

Buğa - adətən incə ətirləri sevirlər. Bu bürc altında doğulan xanımlar mütaliə etdikləri üçün onlara sevdikləri müəlliflərin yazılarını və ya oxunulması maraqlı olan jurnalların hədiyyə alınması çox yaxşı olar.

Əkizlər - bayram günlərində sürpriz, onları heyrətə gətirəcək hədiyyələrdən xoşlanırlar. Bunu nəzərə alaraq qəzetdə və ya radioda onu təbrik etməyiniz məsləhətdir.

Xərçəng - ən orijinal hədiyyə dəri pulqabı və ya daxildir. Çünki onlar pulu çox sevirlər. Bundan əlavə nəzərə alsaq ki, xərçənglər ailəsinə bağlı olan xanımlardır, o zaman onlara mətbəxdə istifadə edəcəkləri mətbəx kombaynı, kulinariya kitabı hədiyyə etmək olar.

Şir - qəlblərini ucuz hədiyyələrlə fəth etmək mümkün deyil. Onlara qızıl bəzək əşyalarını kiminsə yanında hədiyyə etmək çox vacibdir. Şirlər aktiv həyat tərzi keçirdiklərindən onlara idman geyimlər, aksesuarları hədiyyə etmək olar. Ən əsası hədiyyələr parlaq və cəlbedici tərzdə bağlanmalıdır.

Qız - ətir hədiyyə etmək məsləhət görülmür. Çünki, onlar bir ətirdən uzun müddət istifadə etməyi sevirlər. Əgər hansı ətiri sevdiyindən xəbəriniz varsa, bu başqa məsələ. Yaxşı olar ki, onlara statuya və şəkil hədiyyə edəsiniz. 

Tərəzi - daha çox süfrə, serviz almağı bəyənirlər. Onlar üçün evlərini bəzəyəcək əşyaların alınması daha əlverişlidir.

Əqrəb - adətən şirnini çox sevirlər. Alınmış tortun üzərində adının yazılması və ya sevgi etirafının yazılması, pirojnaların ürək şəklində olması hədsiz xoşlarına gələ bilər.

Oxatan - xarici ölkələrə səfərə çıxmağı sevdiklərini nəzərə alaraq, xaricdən gətirilmiş statuya, xarici ölkələrin gəzməli-görməli yerlərinin şəkillərini hədiyyə etmək olar. Alınan bütün hədiyyələr oxatan xanımlarını sevindirir, ancaq hədiyyələri ürəkdən bağışlamaq bu xanımlar üçün vacib şərtdir.

Oğlaq - hədiyyələri mütləq vaxtında verilməlidir. Yüksək karyera haqqında düşünən oğlaqlara noutbook, yazı dəsti ən yaxşı hədiyyələrdir. Müasir üslubda olan eynəklər oğlaqların ürəyincə ola bilər.

Dolça - hər bir ətir ala bilərsiniz. Onlar ətirləri çox sevirlər, bir növ ətir üzərində eksperiment keçirirlər. Kosmetika naboru, sevimli musiqilərdən ibarət disk, hava ilə bağlı hədiyyələr dolçaların ürəyincədir.

Balıqlar - fəlsəfə, dinlə maraqlandıqları üçün onlara həmin elmlərə aid yazılmış kitablar, belə mövzularda çəkilmiş film kasetləri, divardan asılan yelpik, onlara uğur gətirə biləcəyini düşündüyünüz talismanlar hədiyyə etmək olar.//Qafqazinfo.az

 

OXŞAR XƏBƏRLƏR