8 yaşdan yuxarı 37 uşaq I sinfə gedəcək - RƏSMİ

8 yaşdan yuxarı 37 uşaq I sinfə gedəcək - RƏSMİ
SOSİAL
17:21 26.04.2017
875

 

"Bu günə olan məlumata görə, 8 yaşdan yuxarı 37 uşaq mektebeqebul.edu.az saytı vasitəsilə I sinifə qəbulla bağlı elektron qeydiyyatdan keçib".

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən sorğusuna cavab olaraq bildirilib.

Məlumatda qeyd edilib ki, həmin uşaqların 19-u oğlan, 18-i isə qızdır. Onlardan ən böyüyü 2001- ci il təvəllüdlü, ən kiçiyi isə 2007-ci il təvvəllüdlüdür.

Həmin uşaqların gec yaşda məktəbə getməsi valideyn səhlənkarlığı, validenylərin daim bir yerdə yaşamaması, ailə problemləri və digər səbəblərlə bağlıdır.

 

Qeyd edək ki, uşaqların I sinfə qəbulu prosesi 15 sentyabr 2017-cı il tarixinədək davam edəcək.

///azvision.az
OXŞAR XƏBƏRLƏR