Mardində 8 və 9 yaşlı uşaqları nişanladılar.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mardinin Kızıltəpə rayonunda 8 yaşlı qız 9 yaşlı əmisi oğlu ilə ailələr arasında keçirilən mərasimdə nişanlanıb.
Evdə keçirilən nişan mərasimində uşaqlara üzüklər taxılıb, lent kəsilib.
Sosial şəbəkədə paylaşılan görüntülərdən sonra açıqlama verən ailə, bunun uşaqların nənə və babalarının istəyi ilə təşkil edildiyi bildirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Günel