Türkiyənin Suriya ilə sərhədində yerləşən və son günlər raket zərbələrinə məruz qalan Kils rayonuna ağır silahlar göndərilib.
AZXEBER.COM xəbər verir ki, Türkiyə ordusuna məxsus, aralarında 80 saniyədə 40 raket atan raket batareyalarının da olduğu 13 TİR hərbi konvoy Kilsə gedib.
Kanvoya təhlükəsizlik qüvvələri nəzarət edib.
Qeyd edək ki, son günlər Klisə Suriya ərazisindən raketlər atılır, Türkiyə ordusu isə buna misli qədərincə cavab verir.