Türkiyəli müğənni və iş adamı Metin Milli vəfat edib.
AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, sənətçi ötən gün Ankaradakı evində dünyasını dəyişib.
80 yaşlı Metin günorta namazından sonra Ankara Cebeci Asri məzarlığında torpağa tapşırılıb.
1980-ci illərdə məşhurlaşan Metinin "Seviyorum İşte", "Şarkılara Sordum" kimi ifaları dillər əzbəri olub.