ABŞ Senatının Respublikaçılar Partiyasının lideri Mitch McConnell dünən mətbuat konfransında qəfil donub, saniyələrlə gözünü bir nöqtəyə zilləyib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 81 yaşlı senatorun yanında olanlar nə baş verdiyini anlaya bilməyib, zalda çaxnaşma mühiti yaranıb.
Sükut uzandıqca McConnellin yanında olan səlahiyyətlilər işə qarışaraq senatorun qolundan tutub zaldan uzaqlaşdırıblar.
McConelin vəziyyəti zalda böyük panikaya səbəb olub. ABŞ senatoru daha sonra mətbuat konfransına qayıdıb və mətbuat mənsublarının suallarını cavablandırıb, səhhəti ilə bağlı suallara ancaq "yaxşıyam” cavabını verib.
Ayşən