Kanadanın Toronto şəhərində xəstəxanaya yerləşdirilən Anadolu rok və hard rok musiqisinin əfsanəvi müğənnisi Erkin Koray 82 yaşında dünyasını dəyişib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, ustad sənətkarın vəsiyyəti üzə çıxıb.
Qocalıqla bağlı sağlamlıq problemləri ilə yanaşı, ağciyər xəstəlikləri ilə də mübarizə aparan Erkin Koray dünyasını dəyişib.
82 yaşlı ustad sənətçinin ölüm xəbərini qızı Damla açıqlayıb.
Qızı Damla Koray atasının vəsiyyəti ilə mərasim keçirməyəcəklərini ifadə edərək, "Mərasim etməyəcəyik, ancaq pərəstişkarları və dostları üçün görüş elan olunacaq. Xoş mesajlarınız və anlayışınız üçün təşəkkür edirik. Bu, həyatımın ən çətin günüdür", - deyib.
Gülay