“İdman mətbuatında bəlkə də “reket” var, xəbərimiz yoxdur”

“İdman mətbuatında bəlkə də “reket” var, xəbərimiz yoxdur”
MARAQLI
08:46 12.02.2011
1834


İdman mətbuatındakı vəziyyəti dəyərləndirən Amaşovun fikrincə, digər sahələrlə müqayisə idmandakı durum daha yaxşıdır: “Şikayətlər çox nadir hallarda olur. Yəni, ümumi müraciətlərin cüzi bir hissəsi idmana aiddir. Məsələn, bu yaxınlarda bir qəzetlə bağlı məsələni araşdırdıq. Orada tərəflər arasında anlaşılmazlıq var idi. Məsələni həll etdik və qəzetdə təkzib verildi. Saytlarla bağlı xırda məsələlər də olur. Ümumiyyətlə, ölkədə 25-ə yaxın idman saytının olmasını çox saymıram. Bu saytların nə dərəcədə baxımlı olmasına isə oxucular qiymət verir. İdman mətbuatında “reketçiliklə” məşğul olan jurnalistlər yoxdur. Bəlkə də var, bizim xəbərimiz yoxdur. Hər halda, bununla bağlı hər hansı şikayət daxil olmayıb”. 

MŞ rəhbəri bildirib ki, yaxın günlərdə idman jurnalistləri ilə görüş keçiriləcək: “Bu tədbir martın sonlarında olmalıdır. Onlarla bir araya gəlib, problemlərlə, vəziyyətlə maraqlanacağıq”.

 

OXŞAR XƏBƏRLƏR