Merlin Sarayevo hava limanında jurnalistlərə verdiyi açıqlamada, “Eurovision-2011”-də birinci olan Azərbaycanın strateji olaraq illərdir bu müsabiqəyə daha çox pul xərclədiyini dilə gətirib: “Daha yaxşı mahnıdan çox, qoyulan yaxşı sərmayə belə bir nəticəyə səbəb oldu. Azərbaycan keçən il Eurovision üçün 3, bu il isə təxminən 2 milyon avro xərclədi. Azərbaycan bu müsabiqəyə yaxşı pul xərclədi və nəticəsini aldı”.
Bosniya-Hersoqovinanın müsabiqədə 6-cı olmasından məmnun olduğunu ifadə edən Merlin “5 ay ərzində gərgin işlədik, 43 ölkə arasında 6-cı olmaq bir müvəffəqiyyətdir” deyib.
Bosniya və Herseqovina Eurovison nümayəndə heyətinin rəhbəri Deyan Kukriç isə ölkəsinin bu müsabiqədə 150 min avroluq büdcə ilə qatıldığına bildirərək müsabiqədə iştirak edən ən aşağı büdcəyə sahib ölkələrdən birinin də Bosniya və Hersoqovina olduğunu vurğulayıb. Kukriç istifadə edilən büdcəyə görə, əldə etdikləri müvəffəqiyyətin kiçildilməməsinin lazım olduğunu da qeyd edib.
/// qafqazinfo.az