“Azpetrol”dan partlayışla bağlı rəsmi açıqlama

“Azpetrol”dan partlayışla bağlı rəsmi açıqlama
13:06 09.08.2011
1762
“Azpetrol” Hacıqabul rayonu ərazisində, Bakı-Qazax magistralının Padarçöl kəndi ərazisindən keçən hissəsində, “Azpetrol” şirkətinə məxsus yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışa aydınlıq gətirib. 

“Azpetrol”un mətbuat xidmətinin rəhbəri Camal Zeynalov bildirib ki, partlayışa səbəb olan yanacaq daşıyan maşın adı çəkilən şirkətə məxsus olmayıb: “Partlayışa səbəb olan yanacaq daşıyan maşın Bakı istiqamətinə hərəkət edirmiş. Bu zaman onun qarşısına başqa bir avtomobil çıxıb və yanacaq daşıyan avtomobilin sürücüsü qəzadan yayınmaq üçün maşını yanacaqdoldurma məntəqəsinə tərəf döndərib. Ancaq sürücü idarəetməni itirdiyindən avtomobil məntəqəyə çırpılıb və nəticədə partlayış baş verib. Məntəqəmizə və müştərilərimizə xeyli ziyan dəyib. Hazırda həmin yanacaq daşıyan maşının hansı şirkətə aid olması və ziyanın miqdarı araşdırılır”. 


Qeyd edək ki, hadisə bu gün saat 15 radələrində baş verib. İlkin məlumatlara görə, 30 nəfərə yaxın yaralı var. Ölənlərin olduğu da istisna edilmir. Hadisə baş verən zaman yanacaqdoldurma məntəqəsində çoxsaylı minik avtomobilləri, həmçinin içi sərnişinlə dolu avtobus olub.

 

OXŞAR XƏBƏRLƏR