Apasport.az saytının xəbərinə görə, bu, vaxtilə “Barselona” klubunda oynamış yarımmüdafiəçi, 31 yaşlı Mario Rosasdir.
1997-2000-ci illərdə Kataloniya təmsilçisinin ikinci komandasında forma geyinən Rosas 103 oyunda 31 qol vurub. O, əsas komandanın da şərəfini qoruyub ki, cəmi 1 qarşılaşmada meydana çıxıb.
Rosas sonradan “Alaves” (2000-2002), “Salamanka” (2001-2002), “Numansiya” (2002-2003), “Qadis” (2003-2004), “Kastelyon” (2005-2009), “Mursiya” (2009-2010) və “Salamanka” (2010-??) klublarında çıxış edib.
Müxtəlif illərdə İspaniyanın 16, 17 və 18 yaşlılardan ibarət yığmasında ümumilikdə 29 oyun keçirmiş Rosas 6 qolun müəllifidir.
Qeyd edək ki, Rosas “Xəzər Lənkəran” düşərgəsində şam yeməyinə qatılıb, sabah isə Mirça Rednik rəhbərliyi altında ilk məşqə çıxacaq. Onun komandada qalıb-qalmayacağı hələlik bəlli deyil.