“Behlül” transseksualların hücumuna məruz qaldı

ŞOU-BİZNES
00:54 16.01.2011
2359
Kıvanc Tatlıtuğ dünən axşam əfsanəvi futbolçu Hakan Şükürün qardaşı Gökhan Şükür və qız tanışları ilə İstanbulun Harbiye məhəlləsindəki “Piyasa Bar”a əylənməyə gedib. Gecə saatlarına qədər barda olan 29 yaşlı aktyor barın çıxışında bir qrup transseksualı görəndə nə edəcəyini bilməyib. Uzun müddət qapıda gözləyən yaraşıqlı aktyor Gökhan Şükür və qız tanışlarının olduğu avtomobilə minməyib. Transseksualların getməsini gözləyən Kıvanç daha sonra “Cip” model avtomobilinə minərək əks yola doğru hərəkət edib. Ancaq o, yenə də transseksuallardan canını qurtara bilməyib. Qarşı tərəfdən gələn transseksuallar Kıvancın avtomobilinin önünü kəsiblər. Transseksuallar “Sənə heyranıq”-deyə, qışqırıblar. 


OXŞAR XƏBƏRLƏR