“Euronews”la İctimai TV müqavilə bağladı

“Euronews”la İctimai TV müqavilə bağladı
MARAQLI
07:47 02.08.2011
1773

 

 “Avropanın qabaqcıl beynəlxalq xəbər kanalı “Euronews” qazandığı təcrübəni və beynəlxalq etibarı bu şəbəkənin üzvləri ilə paylaşmaq imkanı təklif edir. Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkəti bu imkandan istifadə edəcək ilk şanslı təşkilat olacaq.

“Euronews” həmişə doğru informasiya yayımlamaq təcrübəsindən, proqram və xəbər mənbələrindən istifadə etmək istəyən media qrupları ilə birgə işləmək üçün yeni xüsusi əməkdaşlıq layihəsinə başlayır. Belə ki, “Euronews” öz şəbəkə üzvlərinə məqsədlərinə nail olmaq və ehtiyaclarını qarşılamaq üçün çoxlu sayda xidmətlər təklif edəcək. Şəbəkə üzvlərini cəlb edən əsas amil Avropanın qabaqcıl xəbər kanalının peşəkarlığı və nüfuzudur. “Euronews”-un redaksiya siyasətindəki dünyaca məşhur keyfiyyəti və 23 müxtəlif millətin nümayəndələrindən ibarət son dərəcə peşəkar 400 jurnalistinin olması da onların yaydığı informasiyanın etibarlılığına və obyektivliyinə zəmanət verir. Bu “Euronews”a xas olan əsas keyfiyyətlərdən biridir və tərəfdaşları tərəfindən də həmişə çox yüksək qiymətləndirilir.

Elə bu əsnada iyulun 11-də Parisdə “Euronews” və İctimai Teleradionun Baş direktorları Maykl Piters və İsmayıl Ömərovun iştirakı ilə əməkdaşlıq haqqında müqavilə imzalanıb. Belə ki, “Euronews” şəbəkəsinin imtiyazlı üzlərindən olan Azərbaycanın İctimai Televiziyası “Euronews” proqramlarından hər hansı birini öz arzusu və seçimi ilə yayımlamaq hüququ, eləcə də bir çox başqa imtiyazlar əldə edib. İctimai TV əldə etdiyi bu imtiyazla həm öz kanalının izləyicilərinə, həm də İctimai Teleradionun internet istifadəçilərinə böyük fayda verəcək”.

“Euronews” şəbəkəsi və İctimai TV arasında bağlanmış razılaşma haqqında kanalın Baş direktoru Maykl Piters belə deyir:

“Bu cür şəbəkənin yaradılması bizim kanalın beynəlxalq nüfuzunu bir daha nəzərə çarpdırır və digər media qurumları ilə misilsiz əməkdaşlıq modelinin yaradılmasına imkan verir. İctimai TV ilə bağlanan ilk razılaşma əməkdaşlıq üçün yeni imkanlar açır və bu əməkdaşlıq Avropanın Asiya ilə birləşdiyi Qafqaz regionunda “Euronews”un təsirini əhəmiyyətli dərəcədə artıracaq. “Euronews”un həm redaksiya, həm də müxtəlif multimedia formatları baxımından bütün dünyadakı nüfuzu bizi daima, xüsusilə “Euronews” şəbəkəsi vasitəsi ilə yeni mübadilə formaları axtarıb tapmağa sövq edir.”

Xatırladaq ki, Avropanın beynəlxalq xəbər kanalı olan “Euronews” dünyanın hər yerində 24 saat ərzində baş verən hadisələri işıqlandırır. “Euronews” 20-dən çox ölkədə 11 dil komandası və 370 jurnalisti ilə xəbər təhlili və çatdırılması baxımından bənzərsiz təşkilatdır.

Əsası 1993-cü ildə Lionda qoyulan bu kanal televiziya, internet, smartfon və digər müasir yayım vasitələri ilə 155 ölkədə 350 milyon evdə yayımlanır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
23:48 31.05.2025
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
23:24 31.05.2025
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
23:14 31.05.2025
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
22:57 31.05.2025
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
22:28 31.05.2025
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
22:18 31.05.2025
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
22:06 31.05.2025
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
21:56 31.05.2025
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
21:43 31.05.2025
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
21:23 31.05.2025
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
21:16 31.05.2025
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
21:10 31.05.2025
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
20:57 31.05.2025
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
20:33 31.05.2025
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
20:11 31.05.2025
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
Salyanda 40 tonluq ot tayası yandı
19:49 31.05.2025
Salyanda 40 tonluq ot tayası yandı