“Eurovision 2012”nin gözqamaşdırıcı binası - Foto

“Eurovision 2012”nin gözqamaşdırıcı binası - Foto
ŞOU-BİZNES
10:18 03.06.2011
3455

Ilkin olaraq müsabiqə üçün Tofiq Bəhramov adına Respublika stadionu nəzərdən keçirilsə də, artıq bir neçə xarici dizayn şirkətlərindən yeni binaların tikilməsi üçün layihələr də qəbul olunub.

Təklif olunan mərkəzlərdən hər hansı birində işlər müəyyən olunmuş vaxtda başa çatsa, məhz həmin yerin müsabiqənin keçiriləcəyi məkan kimi seçilməsi nəzərdə tutulub.

Bu layihələrdən ən real olanı isə Almaniyanın dizayn şirkətlərindən birinin təklif etdiyi bina modelidir. Məhz bu model ətrafında müxtəlif söhbətlər gedir. İdeyaya görə - kürə şəkilli, tamamilə şüşədən tikilmiş bina düz Xəzər dənizinin içində, hər tərəfi su ilə əhatə olunmuş formada olacaq. Təşkilat komitəsinə yaxın olan şəxslərdən birinin sözlərinə görə:

“Nəzərdən keçirilən layihədə tamaşaçılar səhnə ətrafı boyunca dairə şəklində, tv yayımı isə 360 dərəcəni əhatə edə biləcək bir formada reallaşacaq. Bu isə tamaşaçılarda səhnədə baş verən hadisələrdə iştirak edirmiş kimi bir təəssürat yaradacaq”.

Həmin bina modelinin şəklini təqdim edirik.

Xatırladaq ki, 57-ci “Eurovision” müsabiqəsi 2012-ci ilin may ayında – yarımfinallar ayın 22-si və 24-ü, final günü isə 26-sı Bakıda keçiriləcək. Müsabiqəni keçirəcək təşkilat komitəsinin rəhbəri isə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təyin olunub.

/// gün.az

OXŞAR XƏBƏRLƏR