Qeyd edək ki, Dimanın müsabiqədən əvvəl konsert proqramlarından tələb etdiyi qonorar 50 min dollar olub. “Eurovision”dan və onun möhtəşəm “Belive” mahnısından sonra müğənnin qonorarı 30 faiz qalxıb.
2010-cu ildə müsabiqədə iştirak edən Petr Nalicin ötən ilki qazancı 900 min dollara bərabərdir.
Müsabiqənin 1995-ci ildə Rusiya təmsilçisi olan tanınmış müğənni və dövlətinə yalnız 17-ci pilləni qazandıran Filipp Kirkorov 2010-cu ildə 5 milyon pul qazanıb. Rusiyanın 2008-ci il təmsilçisi, ikinci yerin sahibi Ani Lorak 15-25 min dollar bir konsertdən pul alır. Svetlana adlı müğənni də "Eurovision" iştirakçısı olub və onun konsertlərinin qonorarı 15-25 min dollar arasıdır.