“Kurtlar Vadisi” serialının ssenari müəllifi Bahadır Özdener hücuma məruz qalıb.
Gündüz saatlarında Bahadır Özdener dostu ilə taksiyə minmək istəyib. Sürücü onlardan hara gedəcəklərini soruşub. Bahadır Özdener İstanbulun Nişantaşı rayonuna gedəcəklərini bildirsə də, taksi sürücüsü ora getmək istəmədiyini deyib. Məşhur serialın ssenari müəllifi taksinin qapısını örtüb. Taksi sürücüsü isə qapının bərk örtüldüyünü iddia edib və mübahisə yaranıb. Sürücü Bahadır Özdenerin üzünə gözyaşardıcı qaz püskürdüb. Digər taksi sürücüləri də davaya qarışıblar. Qarşı tərəfin çox olduğunu görən Bahadır Özdener və dostu qaçmağa başlayıblar. Lakin taksi sürücüləri onların dalınca düşərək, yolda saxlayıblar və döyüblər.
Qeyd edək ki, taksi sürücüsü polisə ifadəsində taksisini dayanacağa aparmaq istədiyini və yalnız həmin istiqamətdə müştəri axtardığını bildirib. O, ssenari müəllifi və onun dostu tərəfindən döyüldüyünü iddia edib.
//milli.az