“Mədəniyyətlərarası dialoq” mövzusunda foto müsabiqə elan olunub

“Mədəniyyətlərarası dialoq” mövzusunda foto müsabiqə elan olunub
ŞOU-BİZNES
11:16 25.02.2011
1925

Mədəniyyət və turizm Nazirliyindən  verilən məlumata görə, miqyasının genişliyinə, iştirakçıların tərkibinə, tərəfdaş qismində cəlb olunan beynəlxalq qurumların sayına və formatına görə Bakı Forumunu dünya səviyyəli ilk belə tədbir hesab etmək olar. Belə ki, forumun təşkilinə YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, AŞ Şimal-Cənub Mərkəzi, İSESKO və “Euronews” telekanalı kimi nüfuzlu beynəlxalq qurumlar tərəfdaş kimi cəlb edilib.

Bundan başqa nazirlik tərəfindən dünya xalqları və müxtəlif sivilizasiyalar arasında dialoq və əməkdaşlığı təşviq etmək məqsədilə “Mədəniyyətlərarası dialoq” mövzusunda “Ən yaxşı fotoşəkil” müsabiqəsi elan olunub. 

Müsabiqənin şərtlərinə görə, təqdim ediləcək fotoşəkillər rəngli və ya ağ-qara ola bilər.
Mədəniyyətlərarası dialoqa həsr olunmuş fotolar Azərbaycanda və dünyada yaşayan müxtəlif xalqlar, mədəniyyətlər və dinlər arasında birgə yaşama ənənələrinə, dialoq və əməkdaşlığın təbliğinə xidmət etməlidir. İşlər Mədəniyyət və Turizm Nazirliyinə martın 15-dək təqdim edilməlidir.

Müsabiqəyə təqdim edilmiş fotoların əsasında forumun keçiriləcəyi məkanda – “Gülüstan” sarayında foyedə 30-50 əsərlik fotosərgi təşkil ediləcək.

Müsabiqənin qalibləri forum iştirakçıları tərəfindən gizli səsvermə yolu ilə təyin olunacaq. Qaliblər üçün hər biri müvafiq olaraq 3000, 2000 və 1000 manat məbləğində 1-ci, 2-ci və 3-cü dərəcəli mükafatlar təsis edilib. Təltif olunma mərasimi isə aprelin 8-də “Buta” sarayında keçiriləcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
17:48 05.03.2026
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
17:42 05.03.2026
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
17:26 05.03.2026
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
17:23 05.03.2026
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
17:14 05.03.2026
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
17:12 05.03.2026
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
Məşhur xanəndənin ailəsində iki ağır itki
17:05 05.03.2026
Məşhur xanəndənin ailəsində iki ağır itki
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
17:03 05.03.2026
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
16:49 05.03.2026
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
16:39 05.03.2026
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
“Bu şərəfsizlər peşman olacaqlar”
16:34 05.03.2026
“Bu şərəfsizlər peşman olacaqlar”
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi