“Nardaranlılar xarici dövlətin təsiri altındadırlar, onlarla ayrıca plan üzrə işləyəcəyik”

“Nardaranlılar xarici dövlətin təsiri altındadırlar, onlarla ayrıca plan üzrə işləyəcəyik”
MARAQLI
07:30 25.01.2011
2151

 

Bakıda məktəbə hicabla gələn şagirdlərin təxminən 200-ü hələ də dərslərdə iştirak etmir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini Məhəmməd Bayramov bildirib ki,ötən ilin sonunadək Bakının orta məktəblərində dərsə hicabla gələn təxminən 1000 şagirdin 60 faizi məktəbli formasına keçib. Yeni ilə qədər artıq 600-dən çox şagird məktəbli formasına keçərək dərsə gəlməyə başlayıb: “Tətildən sonra da bu istiqamətdə irəliləyiş var, lakin statistikasını əldə etməmişik. Nardaran istisna olmaqla, bu işi bitmiş hesab etmək olar. Əsas problem Nardarandadır. Bu kəndin orta məktəbinin 100-110 hicablı şagirdi hazırda məktəbə gəlmir. Təxminən elə bu qədər də şagird Bakının digər məktəblərinin payına düşür. Nardarandan başqa, Bakının cəmi 5-10 məktəbinin hər birində bir neçə uşaq da hələ dərsə gəlmir. Həmin şagirdlər ya axund, ya da mollanın uşağıdır. Onlarla izahat aparmaq o qədər də asan deyil”.

M. Bayramov deyib ki, məktəblərin tərbiyə işləri üzrə müavinləri, sinif rəhbərləri, psixoloqlar evlərə gedərək izahat işləri aparırlar.

İdarə rəsmisinin sözlərinə görə, yaxın günlərdə bu məsələnin həlli tam başa çatacaq: “Nardaran məktəbinin direktoru da, müəllimləri də nardaranlı olduqlarına görə bu prosesə lazımınca qoşula bilmirlər. Bu baxımdan çətinliyimiz var. Nardaranlılarla tam ayrıca plan üzrə işləyəcəyik. Hesab edirik ki, onlar xarici dövlətin təsiri altındadırlar. Onların üçün bütün dövlətçiliyimiz o qədər də vacib deyil”. 
M. Bayramov bu məsələdə uşaqların hüquqlarının pozulmasından söhbət belə getmədiyini də xatırladıb: “Məktəb yalnız tələb edir ki, şagird qaydalara uyğun olaraq məktəbli formasında dərsə gəlsin. Məktəb onlara deyir ki, başını aç, dərsə gəl. Məktəb onlara “çıx get” demir”.

Dərsə gəlməyən şagirdlər təbii ki, zəifləyəcəklər. Buna görə də onlar keçən proqramları öyrənməlidirlər. Bu üçün məktəblərdə əlavə məşğələlər də təşkil edilə bilər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
Bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
Bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO