“Onun Yarısı” Zauru kim döyüb?

ŞOU-BİZNES
19:00 12.01.2011
5881

ATV kanalının aparıcısı Zaur Baxşəliyev döyülüb. AZXEBER.COM portalı "Mərkəz"ə istinadən xəbər verir ki, aparıcı «Onun yarısı» proqramının iştirakçılarından biri tərəfindən fiziki təzyiqə məruz qalıb. Belə ki, layihəyə qatılan iştirakçı canlı yayımda Zaur tərəfindən verilişdən kənar edilib. Nəticədə gənc iştirakçı yaxın dostlarının köməkliyi ilə qisas məqsədilə Zaur Baxşəliyevi işdən evə gedərkən fiziki təzyiqlərə məruz qoyublar. Vəziyyəti ağır olan aparıcını xəstəxanaya yerləşdiriblər. Bir müddət xəstəxanada müalicə olunan aparıcı dünən evə buraxılıb.

Aparıcı haqqında yayılan digər bir xəbərə görə, ATV kanalında «Onun yarısı» verilişin bağlandıqdan sonra Zaur təxminən 200 min manat civarında pulu mənimsəyərək aradan çıxıb. Deyilənə görə, həmin pul proqramın səhnə tərtibatı və dekorasiyaları üçün xərclənməli imiş. Lakin Zaur Baxşəliyev həmin vəsaitə sahib çıxaraq qonşu İrana səfər edib. Səfərin hansı məqsədlə edildiyi hələ ki, bəlli deyil. Onu da xatırladaq ki, ATV kanalı əməkdaşları mətbuata açıqlama verərək proqramın müvəqqəti dayandırıldığını söyləmişdilər. Onların qeyd etdiklərinə görə, veriliş səhnə dekorasiyalarının təzələnməsi məqsədilə bağlanıb və yaxın günlərdə yenidən yayımlanacaq. Məlumatı dəqiqləşdirmək üçün Z. Baxşəliyevlə əlaqə saxlamaq istədik. Telefonu şəbəkə xaricində olan aparıcının deyəsən özü də elə ölkə xaricində idi. Belə olan halda proqramın digər yaradıcıları ilə əlaqə saxladıq. Verilişin rejissoru ümumiyyətlə, bu barədə bir kəlmə də olsun açıqlama vermək iqtidarında olmadığını söylədi: «Mən proqramın rejissoruyam və üzərimə düşən işi görmüşəm, yəni verilişi çəkib, verilişi tərk etməklə məşğul olmuşam. Mənim proqramın bağlanması, müvəqqəti olaraq dayandırılması, yaxud, hər hansı bir şayiələrin yayılması ilə bağlı heç bir məlumatım yoxdur. Xahiş edirəm bu cür sualları mənə verməyin, proqramın prodüserinə müracət edin, sizi nə maraqlandırırsa, ondan soruşun. Mənim adımdan bir kəlmə də olsun, heç nə yazmayın». 
Prodüserlə əlaqə saxlamaq cəhdimiz isə heç cürə alınmadı. Xatırladaq ki, ötən həftədən «Onun yarısı» proqramının efir yayımı dayandırılıb. Proqramın bağlanma səbəbi barədə konkret açıqlama verilmədiyindən bununla bağlı mətbuatda çoxlu sayda versiyalar hallanmaqdadır. Səbəblərlə bağlı yayılan əsas versiyalardan birinə görə, bu telekanal şou-biznes, qalmaqallı, əyləncəli verilişlərə həddindən artıq üstünlük verdiyi üçün ciddi tənqidlərə məruz qalıb. Elə buna görə də telekanalın şou-biznes məzmunlu, qalmaqallı, ailədaxili konfliktlərin qabardıldığı verilişlərinin sayının azaldılması, mahiyyətcə daha ciddi proqramlar və mədəniyyət verilişləri ilə əvəzlənməsi gözlənilir.

 

OXŞAR XƏBƏRLƏR