Azxeber.com portalının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, “Recep İvedik 4” filminin çəkilişləri 2011-ci ilin yazına qədər uzadılıb. Buna səbəb isə filmin rejissoru Toqan Gökbaharın əsgərliyə getməsi olub.
Filmin baş rol ifaçısı Şahan Gökbahar isə Mayami səyahətindən qayıtdıqdan sonra, qardaşının əsgərlikdə olduğu müddətdə filmin ssenarisini özünün yazacağını bildirmişdi. Bəzi mənbələr isə filmin Mayamidə çəkiləcəyini iddia edir.