“Soyadların dəyişdirilməsi qaydası yeni doğulan uşaqlara tətbiq olacaq”

MARAQLI
19:50 01.12.2010
2567


Azərbaycanda soyad formaları ilə bağlı məsələyə Milli Məclisdə yenidən baxılacağı gözlənilir. APA-nın məlumatına görə, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası bu məsələ ilə bağlı araşdırma aparıb və hansı soyad formalarının işlənməsini müəyyənləşdirilib: “Artıq AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu nə qədər ad, soyad və ata adı olduğunu öyrənib və bunun böyük statistikasını hazırlayıb. Bundan sonrakı mərhələdə ya biz Ailə Məcəlləsinə dəyişiklik edəcəyik, ya da ölkə prezidentin bununla bağlı ayrıca sərəncamı olacaq”. 

N. Cəfərov deyib ki, hazırda Azərbaycanda familiyaların 10 faizi “zadə”, 10 faizi “lı”, “li”, “lu”, “lü”, 80 faizə qədəri “ov”, “yev” şəkilçisi ilə bitir: “Hər halda burada söhbət ondan getmir ki, biz “ov” və “yev”lərdən tam imtina etməliyik. Amma bütövlükdə bu qədər “ov”, “yev”lə bitən familiya olmaz. Ənənəvi soyadların, məsələn, Şaxtaxtinski, Ağdamski, Lənkəranski, Talışinski kimi familiyaların daşıyıcıları dədə-babalarına hörmət olaraq soyadlarını dəyişmək istəmirlər. Mən belə fikirləşirəm ki, bunlara da imkan verilməlidir. Amma bütün hallarda – istər qanun, istər sərəncam olsun, bu yenilik bütün hallarda yeni doğulan uşaqlara aid olacaq. Yəni əvvəlki nəsil familiyasını istəsə dəyişə bilər, istəməsə yox. Amma yeni doğulanlar üçün bu, məcburidir. Hazırda yeni doğulan uşaq valideynin soyadını daşıyır. Amma yeni qanunda və yaxud da sərəncamda bu məsələdə sərbəstlik veriləcək. Məsələn, ağstafalıyamsa, Ağstafa familiyasını götürə bilər. Bu familiyanı körpəyə valideyn verə bilər”. 

Nizami Cəfərov deyib ki, hazırda bu məsələyə Ədliyyə Nazirliyində baxılır. Bu məsələ ilə bağlı həm də Daxili İşlər Nazirliyinin təklifləri də nəzərə alınacaq.

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir