AZXEBER.COM portalının məlumatına görə, açıqlamada serialın ssenarisinin, musiqisinin, aktyorluq və digər yaradıcılıq məsələlərinin, habelə bununla bağlı hüquqi məsələlərin Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində həll edildiyi qeyd edilib.
Onu da qeyd ermək istərdik ki, “Xəzər” TV üç ildən artıqdır ki, öz fəaliyyətini uğurla davam etdirir. Bu üç illik fəaliyyəti ərzində həyata keçirdiyi layihələri müəlliflik lisenziyası əsasında yayımlayıb və gələcəkdə də bu mövqeyimizi davam etdirmək niyyətindəyik”.
Xatırladaq ki, Türkiyənin ATV televiziyasında yayımlanan məşhur “Çocuklar duymasın” serialının prodüseri və ssenaristi Birol Güvən Azərbaycanın “Xəzər” telekanalında nümayiş olunan “Aramızda qalsın” serialına qarşı məhkəmə iddiası qaldıracağını açıqlayıb. B. Güvən Türkiyə mətbuatına vəkillərinə bu barədə təlimat verdiyini bildirib.