“Yaşamağım üçün qan verərsən ?” devizi adı altında aksiya keçirildi

MARAQLI
20:43 11.12.2010
2045

Ölkədə qan donorluğu sahəsində  fəaliyyət göstərən birliklər arasında Qan Donorları Assosiasiyasıda aktiv yer almışdır. Qan Donorları Assosiasiyasının əsas məqsədi insanları düzgün maarifləndirərək könüllü qanverməni genişləndirməkdir. Bu məqsədlədə il ərzində etdiyi bütün qanvermə aksiyalarını elanlarla edir. Bu da insanların könüllü qoşulmasına səbəb olur. Növbəti qan vermə aksiyalarından biri də Məhərrəmlik  ayında baş tutdu. Artıq bir neçə ildir ki, Aşurə günü insanlar kütləvi şəkildə qanverməyə cəlb olunurlar. Bəzən insanların eyni gündə kütləvi qan verməsi də öz növbəsində  müxtəlif məhdudiyyətlərə yol açır.

      Bu il fərqli olaraq Qan Donorları Assosiasiyası İctimai Birliyi “Yaşamağım üçün qan verərsən ?” devizi adı altında silsilə şəkilli qanvermə askiyalarına start verdi.  Aşurədən bir həftə öncə başlanan qan vermə aksiyaları imkan yaradacaqdır ki, insanlar öz xeyir əməllərini tələsmədən etsinlər. Bunun üçün müxtəlif sosial şəbəkələrdə élanlar yerləşdirilməklə insanlar təlimatlandırılır ve qanverməyə dəvət olunur.

Toplanan qanlar yaxın günlər ərzində irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunacaqdır.

OXŞAR XƏBƏRLƏR