84 yaşlı nənə 590 milyon dollar uddu

DÜNYA
10:10 06.06.2013
1547

Florida ştatından olan 84 yaşlı qadın ABŞ tarixində ən böyük cek-potun sahibinə çevrilib.

AZXEBER.COM-un BBC-yə istinadən verdiyi xəbərə görə, Qloriya Makkenzinin aldığı “Powerball” lotereya bileti ona 590 milyon dollar məbləğində mükafat qazandırıb.O, telekameralar qarşısına çıxmaqdan imtina edib, ancaq uğurlu biletini Tampa şəhəri yaxınlığındakı supermarketdən 2 dollara aldığını bildirib.Ancaq sonda ona çatacaq məbləğ 590 milyon dollar deyil, vergilərsiz 370 milyon dollar olacaq. Məsələ bundadır ki, yaşlı qadın uduşunu 30 il ərzində almaqdan imtina edib və dərhal ödənilməsi variantını seçib.

OXŞAR XƏBƏRLƏR