Oynayarkən 5-ci mərtəbədən yıxılan 9 aylıq körpə ağır xəsarət alıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Bursansanın İnegöl rayonunda 5-ci mərtəbənin eyvanından yıxılan 9 aylıq Cudi Nebhan adlı Suriya vətəndaşı ağır yaralanıb. Digər tərəfdən kiçik uşağın ailəsinin yıxılma səsini eşitdikdən sonra hadisədən xəbər tutduğu öyrənilib.
Belə ki, körpə oynayarkən eyvana çıxıb, daha sonra qoruyucu divarın üzərinə çıxaraq, təxminən 15 metr hündürlükdən beton döşəməyə yıxılıb. Kənardan gələn səslə balkona çıxan cütlük körpələrinin yerdə hərəkətsiz uzandığını görüb dərhal onun yanına düşüblər. Körpə İnegöl Dövlət Xəstəxanasına aparılıb.
Cudi Nebhanın səhhətinin ağır olduğu bildirilib.
Ayşən