9 sürücünün işdən çıxarılması ilə bağlı - AzTv-dən AÇIQLAMA

9 sürücünün işdən çıxarılması ilə bağlı - AzTv-dən AÇIQLAMA
MEDIA
16:00 22.05.2020
934

"AzTV-də işdən çıxarılan 9 sürücü şirkətdən yanacaq oğurluğu edib. Bu, konkret faktlarla sübuta yetirilib. Hazırda AzTV bu barədə (8 nəfər haqqında) Səbail Rayon Polis İdarəsinə və (1 nəfər haqqında) Laçın Rayon Məhkəməsinə müraciət edib".

AZXEBER.COM xəbər verir ki, bu açıqlama "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilib. 

Həmin açıqlamanı təqdim edirik:

Son günlər bəzi internet resurslarında "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ünvanına həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş və anonim xarakterli məlumatlar yayılır.

Bunlardan biri - 9 sürücünün işdən azad edilməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirərək bildirir ki, həmin sürücülər QSC-dən yanacaq oğurluğu edib və bu, konkret faktlar, avtomobillərə quraşdırılan avadanlıqlarla sübuta yetirilib. Hazırda QSC bu barədə (8 nəfər barəsində) Səbail rayon Polis İdarəsinə və (1 nəfər barəsində) Laçın rayon Məhkəməsinə müraciət göndərib.

Bu gün dövlətdə aparılan kütləvi təmizləmə və korrupsiyaya qarşı mübarizə fonunda həmin adamları işdə saxlamağın özü belə qanunu pozmaq deməkdir. Bəli, karantin dövründə kimisə işdən azad etməmək barədə dövlətin müraciəti və konkret göstərişlər var. Amma bu o demək deyil ki, kimsə çalışdığı iş yerində oğurluq edə, şirkətə maddi ziyan vura bilər.

Vurğulamaq lazımdır ki, müraciətdə adları çəkilən sürücülərdən biri - Məmmədov Anar Vaqif oğlu təxminən 1 il əvvəl də xidməti maşından yanacaq çəkdiyi zaman əməkdaşlar tərəfindən saxlanılıb. Amma ailə vəziyyəti nəzərə alınaraq işdən azad edilməyib, töhmət verilib və yenidən işə qaytarılıb. Lakin o, həmçinin digər 8 nəfər yenidən bu əmələ əl atıblar.

Onu da əlavə edək ki, bu hadisə sürücülərin məvaciblərinin 50 faiz artırılmasından sonra baş verib.

Hazırda iş üzrə araşdırma gedir və nəticə olan kimi QSC bu barədə ictimaiyyətə açıqlama verəcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
08:26 18.10.2026
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
07:12 18.10.2026
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
07:00 18.10.2026
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
06:40 18.10.2026
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
“İflic olacağam və yataqda qalacağam”
06:28 18.10.2026
“İflic olacağam və yataqda qalacağam”
Makronu ölümlə hədələdilər
06:10 18.10.2026
Makronu ölümlə hədələdilər